Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın qələbəsini Ermənistanın məğlubiyyətini rəsmiləşdirən akt

0

  •        2020-ci il 27 sentyabr tarixindən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlanan 44 gün davam edən Dəmir Yumruq adı altında Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Vətən Müharibəsində Azərbaycan ordusunun şah əsəri Şuşa Əməliyyatı oldu. Yalnız yüngül silahlarla silahlanmış qəhrəman əsgərlərimiz 4 tərəfdən düşmənin içərisinə ustalıqla sızaraq əlbəyaxa döyüşdə Ermənistan ordusunun qüvvələrini məhv etdilər. Şuşa işğaldan azad olandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Təsadüfü deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktı imzaladı. Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi. Noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri Üçtərəfli Bəyanat imzalandı. Bu bəyanat Azərbaycanın qələbəsi Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirən sənəd idi. Bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tamamilə çıxaracağını, Zəngəzurdan Naxçıvana dəhliz açacağını öz öhdəsinə götürürdü. Lakin münaqişədən 2 il keçməsinə baxmayaraq Ermənistan öz üzərinə götürdüyü öhdəliyi hələ də yerinə yetirmir.       Üçtərəfli bəyanat yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etmişdir. Bəyanatda Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, kontingentin sayı, hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilmiş və bu yerləşmənin konkret zaman çərçivəsində həyata keçirildiyi ifadə olunmuşdur. Atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması müddəası əsasında 11 noyabr 2020-ci il tarixində müvafiq memorandum imzalanmış və 2021-ci ilin 30 yanvar tarixində işğaldan azad olunan Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olmuşdur. Bu isə Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirakını təmin etmişdir. Əminlikə deyə bilərik ki, hərbi əməliyyatlara son verən, bir çox mühüm məsələləri özündə ehtiva edən və bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri çərçivəni müəyyən edən tarixi əhəmiyyətli üçtərəfli bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir.      Qeyd etmək istəyirəm ki, Ermənistan Azərbaycanla dinc, qonşuluq şəraitində işləmək istəyirsə, 10 Noyabr bəyanatının üzərinə götürdüyü müddəalarına əməl etməlidir. Akif Rüstəmov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib37 dəfə
    Azərbaycanın qələbəsini Ermənistanın məğlubiyyətini rəsmiləşdirən akt

    Maraqlı gələ bilər
    41
    99